SDU-nun rektor əvəzi professorluqdan niyə məhrum edilib? - Açıqlama

sdu-nun-rektor-evezi-professorluqdan-niye-mehrum-edilib
Oxunma sayı: 2285

Sumqayıt Dövlət Universitetinin rektor əvəzi Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsinin səbəbi açıqlanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Sakin Cabbarov məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.

Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi dərəcəsindən məhrum edilməsi ilə bağlı xəbərlər yayılmışdı.