Səbinə Babayevanın toyundan – Fotolar+Eksklüziv

sebine-babayevanin-toyundan-fotolarekskluziv
Oxunma sayı: 918

Xəbər verdiyimiz kimi hazırda “Mona-Liza” restoranında “Eurovision 2012” təmsilçimiz Səbinə Babayevanın İctimai televiziyada rejissor vəzifəsində çalışan Cavidan Şərifovla toyudur.

“Qafqazinfo”nun toyda olan müxbirinin məlumatına görə, cütlüyün özəl günündə şou-biznesin bir sıra məşhur adları iştirak edir. Onların arasında Nura Suri, Elnur Məmmədov, Rüstəm (Şeron), Murad Arif, Elnarə, Lalə Məmmədova və b var.

Cütlük mətbuat nümayəndələrini birinci toylarına buraxmaq istəməsə də, daha sonra bu qərarlarından daşınıblar. Eurovision təmsilçimizin gələcək həyat yoldaşı jurnalistlərə hörmətsizlik olmasın deyə bunu etdiklərini bildiriblər.

Səbəbkar Səbinə Babayeva isə çox xoşbəxt olduğunu bildirib.

Aynur Babayeva (Fotolar müəllifindir)