Azərbaycan ordusu Murovda müdhiş bir əməliyyata imza atıb. Bu barədə “Qafqazinfo”ya Murovda xidmət edən zabitlərdən biri məlumat verib. Məlumata görə, Azərbaycan Silahlı Qüvvələri iyulun 27-də Murovdağda düşmənlə təmas xəttində uğrulu bir əməliyyat keçirdib. Əməliyyatın mühümlüyü ona birbaşa müdafiə naziri, general polkovnik Səfər Əbiyevin rəhbərlik etməsi olub. Ümumiyyətlə prosesdə əsasən komandir heyəti iştirak edib və ciddi qarşıdurma olmadan hərbçilərimiz istəyinə nail olub. Belə ki, ilin əksər hissəsinin ağır hava şərati hökm sürdüyü Murovda atəşkəs dövründən bəri ermənilərin nəzarətində olan, lakin heç bir postun fəaliyyət göstərmədiyi, sadəcə düşmən tərəfin nəzarəti altında saxlanılan yüksəklik Azərbaycan ordusunun nəzarəti altına keçib.
Məlumata görə, sözügedən yüksəklikdən Ağdərə və Kəlbəcəri asanca görmək, orada baş verə biləcək hər hansı prosesə müdaxilə etmək mümkündür. Bu yüksəkliyi ələ keçirməklə Azərbaycan ordusunun hərbçiləri Murovda düşmənlə daha yaxın məsafədə dayanmlı olacaqlar.
Hazırda ərazidə daha bir yüksəkliyin ermənilərin nəzarətində olduğu, lakin orada heç bir texnikanın və döyüş postunun saxlanmasının mümükün olmadığı bildirilir.
Maraqlı olan bundan inarətdir ki, nədənsə hər iki tərəf bu hadisəni konfidensial saxlamağa çalışıb. Baş verən əməliyyatla bağlı məlumatlar açıqlanmayıb.
Son xəbərlər
Son Xəbərlər