Səfir müsahibəsinə reaksiyalardan danışdı - - "Çoxları razılaşmadı"

sefir-musahibesine-reaksiyalardan-danisdi-
Oxunma sayı: 2099



“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bəzi Azərbaycan siyasətçilərinin onun "Azadlıq" radiosuna verdiyi müsahibəyə sərt reaksiyanı şərh edərkən deyib.

Səfir bildirib ki, hər bir şəxsin öz fikirlərini bildirmək hüququ var: "Mənimlə razılaşa da bilərlər, razılaşmaya da. Hamı öz fikirlərini bölüşə bilər".

R.Morninqstarın sözlərinə görə, onun əsas məqsədi balanslı bir mövqe saxlamaqdır, fikirlərini balanslı şəkildə çatdırmaqdır: "Əgər müsahibənin nəticəsi olaraq dövlət rəsmiləri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında xoşniyyətli hansısa bir müzakirə keçirilsə, bu, müsbət hal olardı. Müzakirələr və debatlar cəmiyyətin bir hissəsidir".

Səfir qeyd edib ki, ötən 20 il ərzində Azərbaycanda böyük bir irəliləyiş var: "Ümid edirəm ki, gələcək 20 il ərzində daha böyük irəliləyiş olacaq".