ABŞ-ın Sent Luis şəhərində keçirilən “Grand Chess Tour” şahmat turnirində yarışan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun görüşündə gülməli hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, rusiyalı Yan Nepomnyaşi ilə görüşdə Şah at fiquru ilə səhv gediş edib.
Hər iki şahmatçı epizoda gülüb. Daha sonra isə Məmmədyarov atla gedişini düzəldib.
Görüş rusiyalı Yan Nepomnyaşinin qələbəsi ilə bitib.
Daha sonra Nepomnyaşi epizodla bağlı açıqlama verib: “Şah çox uzun gediş elədi. Bu da mənə vaxt qazandırdı”.
Son xəbərlər
Son Xəbərlər