Şəkidə bu ərazidə kütləvi yoluxma qeydə alınıb

sekide-bu-erazide-kutlevi-yoluxma-qeyde-alinib
Oxunma sayı: 4414

Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb. 

TƏBİB-dən “Qafqazinfo”ya verilən məlumata görə, həmin ərazidə 01.09.2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub. Hal-hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.

Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib.