Şəkidə tapılan meyitdə zorakılıq əlamətləri aşkarlandı

sekide-tapilan-meyitde-zorakiliq-elametleri-askarlandi
Oxunma sayı: 2545

Şəki sakini müəmmalı şəraitdə ölüb.

"Qafqazinfo"nun məlumatına görə, gecə saatlarında Şəki şəhəri Noxabi 14 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Yusif  Yaşar oğlu Əliyev qəfildən ölüb.

İlkin araşdırma zamanı Y. Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiziyasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov