Şəmkirdə 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı

semkirde-40-yasli-qadin-olduruldu
Oxunma sayı: 3016

Şəmkirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Şiştəpə kəndində qeydə alınıb.

İlkin məlumata görə, Şiştəpə kənd sakini 1971-ci il təvəllüdlü Arif Hacıyev münaqişə zəminində həyat yoldaşı 1985-ci il təvəllüdlü Röyalə Hacıyevanı qətlə yetirib.

A.Hacıyev şübhəli şəxs qismində Şəmkir rayonu polis əməkdaşları tərəfindən saxlanılıb.

Yunis Quliyev