Şəmkirdə elektrik stansiyası yandı

semkirde-elektrik-stansiyasi-yandi
Oxunma sayı: 1151

Şəmkirdə elektrik stansiyasında yanğın baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Dəllərcəyir elektrik yarım stansiyasında qeydə alınıb. Belə ki, "Azərişığ"a məxsus Dəllərcəyir yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.

Yanğın söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.

Qeyd edək stansiyanın əhatə etdiyi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

***

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Dövlət Yanğından mühafizə Xidmətinin əməkdaşları ilə birgə Şəmkir rayon Polis Şöbəsinin də əməkdaşları dərhal həmin əraziyə gəlib. Polis əməkdaşları dərhal ərazidə təhlükəsizlik tədbirləri görüb, vətəndaşların yaxınlaşmasına icazə verməyib. Yanğın tam söndürülüb.

Amin Nəzərli