“Sən seç, ya vaksin, ya həbs”

sen-sec-ya-vaksin-ya-hebs
Oxunma sayı: 2935

Filippin Prezidenti Rodriqo Duterte koronavirusa qarşı vaksinasiyadan keçməkdən imtina edənləri həbslə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Bildirilib ki, prezident televiziya kanallarında yayımlanan çıxışında paytaxt Maniladan vaksinasiya kampaniyasına qatılanların az olması səbəbindən belə açıqlama verib.

“Sən seç, vaksin, ya da səni həbsə atdıraram. Məni yanlış anlama, bu ölkədə bir böhran var”, - o qeyd edib.