“Səni noyabrda Prezidentlikdən göndərəcəyik”

“Səni noyabrda Prezidentlikdən göndərəcəyik”
Oxunma sayı: 3670

Dünya şöhrətli müğənni Teylor Svift Amerika Prezidenti Donald Trampı sərt şəkildə tənqid edib. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi qaradərili Corc Floydun ağdərili polis tərəfindən boğularaq öldürülməsini şərh edən Trampı irqçilikdə ittiham edib.

O, dövlət başçısının “yağmalama başlayanda silahlar işə düşər”,- şərhinə tvitterdə reaksiya verib: “Yağmalama başlayanda insanlara silah çəkmək olarmı? Səni noyabrdakı seçkilərdə prezidentlikdən göndərəcəyik. Ağ irqin üstünlüyü və irqçilik atəşini prezidentliyin dövründə gücləndirdin. Sonra əxlaqı üstün tutursan və insanları təhdid edirsən”.

Qeyd edək ki, tvitter rəhbərliyi Trampın sözügedən postunu şiddəti təşviq etdiyi üçün platformada gizlətmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi