Serbiya prezidenti Tomislav Nikoliç Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovu iki ölkə arasında sülh əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına verdiyi töhfəyə görə Serb bayrağının II dərəcəli ordeni ilə mükafatlandırıb.
“Qafqazinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, yüksək mükafata Azərbaycan səfirindən başqa Rusiya və Belarus səfirləri də layiq görülüblər.
Serb bayrağı ordeni 2009-cu ildə təsis edilib. O, beynəlxalq münasibətlərin inkişafında, həmçinin Serbiya ilə başqa ölkələr, eləcə də beynəlxalq təşkilatlar arasında sülh əməkdaşlığının və dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərə görə verilir.