Sərgən Yalçınla Balotelli arasında qalmaqal - Video

sergen-yalcinla-balotelli-arasinda-qalmaqal
Oxunma sayı: 2736

Türkiyə Super Liqasının 6-cı turunda keçirilən “Beşiktaş” - “Adana Dəmirspor” matçında maraqlı hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, qonaqların hücumçusu Mario Balotelli 79-cu dəqiqədə qol vurduqdan sonra etdiyi hərəkətlə diqqət çəkib. O, rəqib komandanın baş məşqçisi Sərgən Yalçına tərəf qaçıb və beyninin olduğunu nümayiş etdirən jest edib.

İtaliya millisinin keçmiş futbolçusunun bu hərəkətindən sonra ara qarışıb və hücumçuya sarı vərəqə göstərilib.

Məsələ burasındadır ki, 2013-cü ildə Sərgən Yalçın qatıldığı verilişlərin birində Mario Balotellinin beyinsiz olduğunu və komandasında belə bir futbolçunu görmək istəmədiyini bildirmişdi. 

Qeyd edək ki, “Beşiktaş”ın 3:0 hesabı ilə hesabda öndə olduğu qarşılaşma heç-heçə başa çatıb - 3:3.