Sərt karantində ilk iş günü - Fotolar

sert-karantinde-ilk-is-gunu
Oxunma sayı: 8563

Məlum olduğu kimi, dünəndən etibarən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda iki həftəlik sərt karantin rejimi tətbiq olunmağa başlayıb. 

Budəfəki məhdudlaşmada “Mall” və iri ticarət mərkəzləri, kafe-restoranlar, bərbərxana və gözəllik salonları, muzey və sərgi zalları bağlanıb. 
 
Vətəndaşlar SMS icazə sistemi vasitəsilə yaşadıqları ünvanı tərk edə bilirlər. Həmçinin, fəaliyyətini davam etdirən dövlət və özəl şirkətlər də əməkdaşlarının bir hissəsini icaze.e-gov.az portalında qeydiyyatdan keçirib.  

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal ikihəftəlik qadağanın ilk iş günündə paytaxtda fotosessiya edib. 

Həmin kadrları təqdim edirik: