Sevgili olduqlarını təsdiqlədilər

sevgili-olduqlarini-tesdiqlediler
Oxunma sayı: 3825

Türkiyəli aktrisa Hande Doğandemir və aktyor Onur Tuna sevgili olduqlarını təsdiqləyiblər.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Doğandemir Tunanın etdiyi paylaşımının şərhində qara ürək emojisi qoyub, aktrisa da ona eyni şəkildə cavab verib. Bununla da cütlük sevgili olduqlarını bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Doğandemir sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkmişdi. Güzgü qarşısında selfi çəkən 36 yaşlı aktrisanın telefonunun arxasındakı fotoda Tunanın olduğu iddia edilirdi. Bildirilmişdi ki, ortaq dostları sayəsində yaxından tanış olan cütlüyün dostluğu qısa müddətdə eşqə çevrilib.