Sevgilisi Hadisənin evində yaşayır

sevgilisi-hadisenin-evinde-yasayir
Oxunma sayı: 3216

Türkiyənin pop ulduzu Hadisə ilə aktyor Kaan Yıldırımın sevgili olduqları xəbəri gündəmi zəbt edib.

“Qafqazinfo” xəbər verir ki, maqazin proqramları, xəbər portalları, sosial şəbəkələr müğənninin serial qəhrəmanı ilə eşq xəbərlərini müzakirə edirlər.

Belə ki, Hadisənin Kaanın iti ilə birlikdə çəkdirdiyi fotonu paylaşmasından sonra cütlüyün münasibətdə olduğu ortaya çıxıb. Onlar yayılan məlumatları nə təkzib, nə də təsdiq edib.

Məlum olub ki, Hadisə ilə Kaan bir ay əvvəl tanış olub. Onlar bir neçə gün birgə vaxt keçirdikdən sonra aralarında sevgi yaranmağa başlayıb. Cütlük 1 aydır ki, münasibətlərini media və dostlarından gizlədib.

Qeyd olunur ki, K. Yıldırım Hadisənin İstinye (İstanbul) ərazisindəki mənzilində yaşayır.