Şəxsi həyatından danışan işçisini 10 milyonluq təzminatla hədələdi

sexsi-heyatindan-danisan-iscisini-10-milyonluq-tezminatla-hedeledi
Oxunma sayı: 1069

Dünyaca məşhur repçi Kanye Uest şəxsi həyatı haqqında danışan keçmiş mühafizəçisi Stiv Stanulisi təhdid edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı eks-işçisinin mətbuata açıqlamasından sonra onu məhkəmə ilə hədələyib. Belə ki, Stiv “Mənə mühafizəçi olmağa imkan vermirdi. Ondan 10 addım geridə dayanırdım. Bir dəfə də liftdə hansı mərtəbəyə çıxacağımız barədə verdiyim suala sərt reaksiya verdi, əsəblərim pozuldu”, - deyə qərb KİV-nə bildirib.

Bundan əsəbiləşən Kim Kardaşyan və Kanye açıqlama yayaraq, “danışmağa davam etsə, gizlilik müqaviləsinə riayət etmədiyi üçün 10 milyon dollar təzminat tələb edəcəyik”, - deyə qeyd edib.