Şeydayev millidəki davaya belə reaksiya verdi

seydayev-millideki-davaya-bele-reaksiya-verdi
Oxunma sayı: 2274

Xəbər verdiyimiz kimi, AÇ-2020-nin seçmə mərhələsində Slovakiya ilə matçda Azərbaycan yığmasının düşərgəsində qalmaqal baş verib.

“Qafqazinfo” xəbər verir ki, oyunun fasiləsində Ramil Şeydayev Eddi İsrafilovu lazım olan səviyyədə olmamaqda günahlandırıb və aralarında mübahisə yaşanıb. 

Məsələ ilə bağlı Ramil Şeydayevlə əlaqə saxladıq. Moskva “Dinamo”sunda çıxış edən forvardın cavabı isə belə oldu: “Bu suala cavab vermək olmaz”.