Şeyx də Mənsimovun atasının yas mərasiminə getdi - Foto

seyx-de-mensimovun-atasinin-yas-merasimine-getdi
Oxunma sayı: 7433

Bu gün Bakıda Heydər məscidində “Palmali Holdinq”in prezidenti Mübariz Mənsimovun mərhum atası Qurban Mənsimovun üç mərasimi təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri, qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak edib.

Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da Heydər məscidində təşkil olunacaq.

Qeyd edək ki, Mübariz Mənsimov qüvvədə olan məhkəmə qərarına əsasən Türkiyəni tərk edə bilmədiyi üçün, mərasimdə iştirak edə bilməyib.