Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü

seyyad-elizade-merkezi-gomruk-hospitalina-kocuruldu
Oxunma sayı: 4091

Müğənni Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb.

Bu barədə "Qafqazinfo"ya sənətçinin bacısı Səidə Əliyeva bildirib.

O, qardaşı S.Əlizadəyə göstərilən diqqətə görə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.

Xatırladaq ki, koronavirusa yoluxduğuna görə komaya düşən müğənni Səyyad Əlizadənin bacısı köməklik göstərilməsi üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmişdi.