“Şimali Koreya bizim məşğul olacağımız problemdir” - Tramp

simali-koreya-bizim-mesgul-olacagimiz-problemdir
Oxunma sayı: 652

ABŞ prezidenti Donald Tramp Çinin KXDR problemin həlli üçün səylərini əsirgəməyəcəyini hesab edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Tramp jurnalistlərin sualını cavablandırarkən söyləyib.

“Şimali Koreya bizim məşğul olacağımız problemdir. Mən hesab edirəm ki, Çin böyük səylər göstərir. Mən prezident Si (ÇXR sədri Si Çzinpin-red) hörmət edirəm. Görək, işlər necə gedəcək. Düşünürəm ki, o səylərini əsirgəməyəcəkdir”,-deyə Tramp vurğulayıb.