Şirvanda profilaktik tədbirlər davam etdirilir - Fotolar

sirvanda-profilaktik-tedbirler-davam-etdirilir
Oxunma sayı: 1418

Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə Şirvan şəhərində profilaktik tədbirlər davam etdirilir.

"Qafqazinfo" xəbər verir ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər ərazisində və qəsəbələrdə əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə yaradılan mobil qruplar şəhərin müxtəlif küçələrində, Heydər Əliyev adına parkda və M.Ə.Rəsulzadə və İstiqlayyət prospektləri boyunca yerləşən park və xiyabanlarda karantin rejiminin tələblərinə əməl etməyən şəhər sakinləri ilə fərdi söhbətlər aparıb, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət ediblər.

Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllərdə gəzərək səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa çağırır, xüsusi karantin rejiminin digər tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Əvvəlcədən elan olunmuş qaynar xətt vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə müraciət etmiş 8 nəfər yaşı 65-dən yuxarı şəxs nəzarətə götürülüb, onlara lazımi sosial-məişət xidmətləri göstərilməkdə davam edir. Şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqlar yığışdırılıb.

Nazilər Kabineti yanında Operativ Qərərgahın 27 mart 2020-ci il tarixli rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması ilə əlaqədar Qərarına müvafiq olaraq polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənt təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Operativ Qərərgahın qərarı ilə elan olunmuş xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilir.