“Sistemin heç bir günahı yoxdur” – Ziya Məmmədov

sistemin-hec-bir-gunahi-yoxdur-ziya-memmedov
Oxunma sayı: 639

Bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib. Ziya Məmmədov bildirib ki, sürücülər sistemə dürüst əməl etməlidirlər. Xüsusilə elektron tabloya diqqət yetirmək və hərəkətin tənzimlənməsi üçün ondan düzgün istifadə etmək lazımdır: “Sürücü elektron tablolardan istifadə etmirsə, sistemin heç bir günahı yoxdur. Sürücülərin özləri günahkardırlar. Sistem nəqliyyatın istənilən nöqtədə sıxlığını göstərir. Bundan ötrü sürücülər sistemi öyrənməlidirlər. Sürücülər dəfələrlə məlumatlandırılıblar ki, onların hamısı həmin sistemin incəliklərini öyrənməlidirlər”.

Nazir qeyd edib Bakıda avtobusların dəqiq hərəkət cədvəlini göstərən dayanacaqlar vardır. Lakin elələri də vardır ki, yanlış məlumatlar yer alır. Bu, müəyyən texniki işlərlə bağlıdır. Avtobusların hərəkəti haqqında məlumatların əksəriyyəti düzdür. Lakin bəzi insanlar dayanacaqlarda quraşdırılmış tablolardan necə istifadə edəcəklərini bilmirlər.