“Sizi bura məhkum edənlər dəbdəbəli villalarda yaşayır”

sizi-bura-mehkum-edenler-debdebeli-villalarda-yasayir
Oxunma sayı: 3513

Şərqi və Cənub-Şərqi Anadolu Bölgələrində terror təşkilatı PKK üzvlərinin təslim olmasını təmin etmək üçün təhlükəsizlik qüvvələri tərəfindən “Gəlin qardaş olaq” başlıqlı 7 maddəlik bildiriş paylanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən son illərin ən geniş əməliyyatları ilə sona çatmaq üzrə olan PKK terrorçularının təslim edilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. 2020-ci ildə həyata keçirilmiş təbliğat kampaniyaları ilə 243 PKK üzvü terror təşkilatından qaçaraq təhlükəsizlik güclərinə təslim olub.

Bildirilib ki, Şərqi və Cənub-Şərqi Anadolu bölgələrindəki mənfi hava şərtlərinə baxmayaraq, terrorçulara qarşı əməliyyatlar davam etdirilir. Təhlükəsizlik qüvvələri əməliyyatlara davam edərkən, PKK üzvlərinin təslim olmaları üçün yaşayış bölgələri, tranzit yolları və kənd bölgələri kimi bir çox bölgəyə 7 maddəlik bildiriş paylanıb.

“Gəlin qardaş olaq” başlıqlı 7 maddəlik açıqlamada deyilir:

- Amerika və səlib zehniyyətinin maşası olmayın!

- Qaya oyuqlarında, mağaralarda və tövlələrdə murdar heyvanlar kimi yaşamayın. Rəbbim kainatı insan üçün yaradıb.

- Sizi bura məhkum edənlər dəbdəbəli villalarda yaşayır.

- Unutmayın, bu coğrafiyada oynanan bütün oyunlar öz xalqınıza qarşıdır.

- Bu qaçışın sonu yoxdur, dövlətimizin mərhəmətinə güvənin.

- Təsirli peşmançılıq qanunundan yararlanın, həyatınızı yaşayın.

- Bu, sənin həyatındır. Heç bir şey üçün hələ gec deyil.