“Snikerslə bacarıqlarını inkişaf etdir” tirajlı stimullaşdırıcı lotereya

“Snikerslə bacarıqlarını inkişaf etdir” tirajlı stimullaşdırıcı lotereya
Oxunma sayı: 563

“Snikerslə! Bacarıqlarını inkişaf etdir”  tirajlı stimullaşdırıcı lotereyası 13 sentyabr 2021 ci il - 07 noyabr 2021-ci il tarixləri arasında Azərbaycan Respublikası ərazisində keçirilir.

Azərbaycanın istənilən ticarət nöqtəsində ən azı 1 (bir) vahid miqdarında Snickers® (50,5 qr),  SNICKERS® SUPER(95 qr),  SNICKERS® Crisp (40qr),  SNICKERS® Crisp (60qr),  SNICKERS® Creamy Peanut Butter Trio (54,75 qr)almaq lazımdır.

Hər bir iştirakçı yuxarıdakı məhsulların alışına görə qəbzi saxlamalı və iki üsuldan birini seçərək qeydiyyatdan keçməlidir: 1. www.snickersni.az saytında ad, soyad, doğum tarixi, elektron poçt ünvanı və mobil telefonunu qeydiyyatdan keçirməklə, SMS vasitəsilə qeydiyyat məlumatlarında qeyd edilmiş mobil telefon nömrəsinə göndərilən qısa kodun daxil edilməsilə mobil telefon nömrəsini təsdiq etmək,  alış-verişə görə aldığı çeki yuxarıda qeyd edilmiş saytda yerləşdirmək və unikal kodu almaq lazımdır. Bu unikal kod lotereya biletinə bərabərdir və 8(sekkiz) simvoldan ibarətdir. Bu kodlar lotereya bitənədək şəxsi kabinetdə saxlanılmalıdır. Lotereyanın şərtləri və bilet elektron poçt ünvanına göndəriləcək. Bir alış çekini saytda yalnız 1  dəfə qeydiyyatdan keçirmək olar. Bir iştirakçı saytda istənilən sayda çeki qeydiyyatdan keçirə bilər. 2. @snickers_azbot Telegram botunda. Telegram vasitəsi ilə qeydiyyatdan keçmək üçün iştirakçı qəbzin şeklini @snickers_azbot  ünvanına göndərməlidir. 1.İştirakçı qəbz şəklini Telegram vasitəsilə göndərir. 2. Bot iştirakçıdan adını və doğum tarixini soruşur: Məsələn: Salam! Adınızı və doğum tarixinizi göndərin. 3. Ad daxil edildikdən sonra iştirakçıya avtomatik mesaj göndərilir: Məsələn: Təşəkkür edirəm! İştirakçının növbəti addımı lotereya qaydalarını {qaydalara keçid} oxumaq və qəbul etməkdir. Qaydaları oxumuş və qəbul etmiş iştirakçı, cavab mesajında “OK” göndərməklə iştirakın təstiqləyir​​. 4.İştirakçı Lotereya qaydaları ilə razılığını təsdiqləyən “OK” sözünü göndərdikdən sonra ona avtomatik mesaj göndərilir: Məsələn: Yaxşı! Çekin şəklini bizə göndərin və moderasiya vəziyyətini gözləyin.

Çekin üzərindəki bütün məlumatlar aydın oxunmalıdır. Çekin şəkli dəqiq və aydın oxuna bilməlidir. Faylın növü: JPEG, JPG, ölçüsü 10 Mb-dan çox olmamalı, rezolyusiyası 200 (iki yüz) dpi-dən az olmamalıdır. Fotoşəkil olmayan təsvirlərə yol verilmir (skrinşotlar, basmalar, rəsmlər, kompüter qrafikası, fotomontaj). Çekin fotoşəkli üst və alt kənarları da daxil olmaqla tam çəkilməlidir, çekin şəkli tam şaquli istiqamətli olmalıdır, çekin fotoşəklini düz bucaq altında çəkmək lazımdır. Çeklər yükləndikdən sonra 48 saat ərzində onların Lotereya şərtlərinə uyğunluğu yoxlanılır (moderasiyadan keçir). Təşkilatçı/Sifarişçi şəklin oxunmadığını (xüsusilə, üzərində kiçik zədələr olarsa, şəkil aydın olmazsa), saxta olduğunu hesab etdiyi istənilən zaman yüklənmiş çeki İştirakçı üçün hesaba almaya bilər. Eyni çekin şəkli Lotereyanın keçirildiyi bütün müddət ərzində sayta yalnız bir dəfə yüklənə bilər. Eyni İştirakçı  tələblərə cavab verən çekləri qeyri-məhdud sayda yükləyə bilər. Bir kassa çeki ilə bu Qaydaların 1-ci bəndində göstərilmiş birdən  çox mal satın alınmışdırsa, həmin çek əsasında yalnız bir maldan Lotereyada iştirak üçün istifadə etmək olar. Yüklənilmiş əmtəə çeklərini uduşlu olduğu təqdirdə Lotereya Təşkilatçısına təqdim etmək üçün mütləq saxlamaq lazımdır. Hər iştirakçı yalnız bir nömrə ilə qeydiyyatdan keçə bilər. Qəbzi lotereyanın sonunadək saxlamaq lazımdır. Bir iştirakçı yalnız bir dəfə qalib ola bilər. Lotereyada ancaq 18 (on səkkiz) yaşı tamam olmuş şəxslər (bundan sonra lotereya İştirakçısı) iştirak edə bilələr.

Tirajın uduş fondunun oynanılma tarixləri:

22.09.2021 (13 sentyabr 00:00-dan  etibarən 19 sentyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qəbzlər iştirak edir)

29.09.2021 (20 sentyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 26 sentyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər iştirak edir)

06.10.2021 (27 sentyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 03 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər iştirak edir)

13.10.2021 (04 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 10 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər iştirak edir)

20.10.2021 (11 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 17 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər)

27.10.2021 (18 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 24 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər)

03.10.2021 (25 oktyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 31 oktyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər).

10.10.2021 (01 noyabr 2021-cu il Bakı vaxtı ilə saat 00.00-dan etibarən 07 noyabr 2021-ci il tarixində Bakı vaxtı ilə saat 23.59-dək qeydiyyatdan keçən qəbzlər).

Tirajlı stimullaşdırıcı lotereyanın Uduş fondu:      

Həftəlik hədiyyələr:

-Apple iPhone 12 128 GB –8 ədəd

-TL0722 JBL Live 650BTNC Blue naqilsiz oyun qarnituru –4 ədəd

-Lotereyanın sonunda əsas hədiyyələr:

-MacBook Pro 13" (Touch Bar ilə), 8 GB, 512 GB, Apple M1 –1 əd.

-Sony PlayStation 5 –1 əd.

Uduşun oynanılmasından sonra 5 (beş) iş günü ərzində əlaqə məlumatını, daha dəqiq isə, qalibin şəxsi məlumatlarını, eləcə də, şəxsiyyəti təsdiq edən sənədin nömrəsini, tam yaşayış ünvanını, yaşını, əmtəə çekinin əslini və aksiyaya aid digər məlumatı dəqiqləşdirmək üçün qaliblərə Lotereyanın  qaynar xəttinin operatorları zəng edə bilərlər.

Əsas uduşun alınması üçün Qalib uduş haqqında məlumatı aldığı andan etibarən Lotereyanın Təşkilatçısına aşağıdakı sənədləri təqdim etməlidir:

1) şəxsiyyət vəsiqəsinin surəti, FIN-nin (fərdi identifikasiya nömrəsidir) mütləq qeyd edilməsi şərtilə;

2) faktiki yaşayış ünvanı və poçt indeksi.

Ətraflı məlumatı https://www.snickersni.az/saytından əldə edə bilərsiniz.

Lotereyanın keçirilmə ərəfəsində uduşların qalibləri 18.10.21 – 24.10.21:

TARİX:27.10.2021

1 qalib

Ad: Tatyana Mobil nömrə: +994 50 *** ** 98 İştirakçı ID: 40231804 (“Apple” Iphone 12 128)

2 qalib

Ad: Alsu  Mobil nömrə: +994 55 *** ** 19 İştirakçı ID: 04710447 (TL0722 JBL Live 650 BTNC)