Novruz bayramına sayılı günlər qala evlərdə ənənəvi olaraq şirniyyat hazırlıqlarına başlanılıb. Şirniyyatların dadlı olmasında ərzaqların keyfiyyəti qədər düzgün soba seçimi də çox böyük rol oynayır. Seçiminizi asanlaşdırmaq üçün ölkənin ən məşhur “foodblogger”i Elmira Qədirovadan soba seçimi ilə bağlı məsləhətlər aldıq.
Sən demə, bayram şirniyyatlarının hazırlanmasında sobaların olmazsa-olmaz funksiyası konveksiyadır. Konveksiya funksiyası – soba daxilində bərabər dərəcəli istiliyin olmasını təmin edən ventilasiya növüdür.
Elmira xanım bildirir ki, əgər siz mütəmadi olaraq ev şəraitində şirniyyat hazırlayırsınızsa, çalışın tutumu ortalama 66-70 lt olan elektrikli soba alın. Geniş tutumlu belə sobalarda istiliyin sirkulyasiyası üçün daha böyük yer var. Ona görə də, həmin sobalarda istiliyin hər tərəfə yayılması bərabər şəkildə baş verir, bir tərəfin daha çox qalxıb digər tərəfin az qalxması kimi problemlər yaşanmır. Yəni soba tavasınını daxildə mütəmadi fırlatmağa ehtiyac qalmır.
Məsələn, daxili geniş sobalarda ən alt pillədə, 120 °C ilə konveksiya rejimini qoşaraq arxayın şəkildə şəkərburanın üstünü qurutmaq, içini isə yumşaq bişirmək olar. Cəmi 20 dəqiqə ərzində ləzzətli, günlərlə qalsa da yumşaqlığını itirməyən və ağızda əriyən şəkərburalarınız olacaq.
Sözügedən sobalarda şəkərburalar ilə yanaşı, üstü xırçıltılı, içi havalı qoğallar da hazırlamaq mümkündür. Bundan başqa, vaxta qənaət etmək üçün bayram şirniyyatlarından olan şəkərçörəyi və badamburanı eyni anda 140 °C –də konveksiya rejimində hazırmaq olar. Qeyd edək ki, sobanın həcmi nə qədər çox olarsa, bişirmə dərəcəsi ona uyğun olaraq aşağı olmalıdır.
Amma konveksiya funksiyasını ağır şəkərli – paxlava, biskvit, ekler və piroq kimi qidalarda qoşmaq məsləhət deyil.
Elmira Qədirova bütün bunlarla yanaşı çoxlarının bilmədiyi mətbəx sirrini də oxucularla bölüşüb. Belə ki, əgər otaq soyuqdursa və el dilində desək “xəmiriniz gəlmirsə” alt və üst konveksiyanı yandırıb xəmiri sobaya qoyuruq və çox qısa zamanda xəmir istədiyimiz həcmə gəlir. Bununla da vaxta qənaət etmiş oluruq.
İndi isə Elmira Qədirovanın seçdiyi ən yaxşı soba modellərini sizə təqdim edirik:
-Samsung NV68A1110BB/WT – 68 lt tutumlu, 6 proqramlı bu sobanı fərqləndirən özəlliklərdən biri də teleskopik - yəni rahat idarə edilə bilən rəf sisteminə sahib olmasıdır. Bunun sayəsində ağır qablar qoyulan toru asanlıqla çıxara, habelə çevirib, yerini dəyişdirə və ya yeməyin üzərinə sous tökə bilərsiniz.
-Gorenje BOSB6737E03X – 11 proqramlı, 77 lt tutumlu soba həm də dondurulmuş qidaların təhlükəsiz şəkildə buzunu əridə bilən proqramla təchiz olunub. Modelin qiyməti də hər cibə uyğundur.
-Bosch HBF534EB0Q – 66 lt tutumlu, 8 proqramlı bu sobanın başqa üstünlüyü isə ondadır ki, onun daxili divarlarına yerləşdirilən mikro-incə keramika kürəcikləri yemək bişirən zaman sıçrayan yağ hissəciklərini parçalayır. Bu da təmizliyi maksimum asanlaşdırır.
-LG WSEZ7225B1 –72 lt tutumlu sobanın 12 proqramı sayəsində müxtəlif üsullarla hazırlanmış yeməklərin dadından həzz ala bilərsiniz. LG sobası ilə çörək bişirməkdən tutmuş qrilə qədər müxtəlif ləzzətləri sınaqdan keçirmək mümkündür. Asan idarəetmə paneli olan model üstəgəl eleqant dizaynı ilə bütün mətbəxlərə yaraşıq verir.
Elmira Qədirovanın tövsiyə etdiyi sobaları və ümumilikdə 100-dən çox soba seçimini “Kontakt Home” mağazalarına yaxınlaşaraq və ya kontakt.az saytına daxil olaraq tapa, martın 27-dək nağd alışda 50%-dək endirim və ya ilkin ödənişsiz, 18 ay faizsiz, komissiyasız kredit şərtləri ilə əldə edə bilərsiniz.