Bakının Binəqədi rayonunda yanğın başlayıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
***
FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın 7-ci mikrorayon ərazisində yerləşən "Sobsan" boya fabrikinə məxsus sexdə baş verib. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Boya fabrikində artıq ikinci yanğın başlayıb. Hadisə yerində tez-tez partlayış səsləri eşidilir. 20 tonluq yağ çənlərinin partlama ehtimalının olduğu bildirilir. Yanğın yerinə əlavə qüvvələr cəlb olunub.
***
FHN-dən verilən məlumata görə, yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.










Son xəbərlər
Son Xəbərlər