SOCAR-ın yeni vitse-prezidenti o oldu

socar-in-yeni-vitse-prezidenti-o-oldu
Oxunma sayı: 12281

SOCAR-a yeni vitse-prezident təyin edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam verib. Sərəncama əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub.

“Azneft” İstehsalat Birliyi yeni vəzifəsi ilə bağlı D. İskəndərova uğurlar arzulayıb:

“Bu böyük etimada görə, möhtərəm Prezidentimizə Birliyimizin kollektivi adından dərin minnətdarlığımızı bildirir, Daşqın İskəndərova yeni vəzifəsində daha böyük uğurlar arzulayırıq”.