Sosial şəbəkələrdə yayılan video ilə bağlı - Aeroportdan açıqlama

sosial-sebekelerde-yayilan-video-ile-bagli
Oxunma sayı: 7076

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının görüntüləndiyi video materiala aydınlıq gətirib.

Hava Limanının Mətbuat Xidmətindən "Qafqazinfo"ya daxil olan məlumatda deyilir: 

"Ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib. Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur". 

Eyni zamanda qeyd edilib ki, 26 sərnişindən 24-ü İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşı, 2 nəfəri isə əcnəbi vətəndaşdır.