“Sponsor varsa, deməli, sevgili də var...” - Fotolar

sponsor-varsa-demeli-sevgili-de-var
Oxunma sayı: 8303

“Bizdə sponsor deyəndə pis başa düşürlər. Artıq sponsoru sevgili kimi başa düşürlər. Sənin sponsorun varsa, deməli, sevgilin də var”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə “Ulduzlar” adlı ilk albomunun təqdimat mərasimində deyib.

Gənc ifaçı bildirib ki, onun sevgiliyə ehtiyacı yoxdur:

“Azərbaycanda sponsoru dırnaqarası qəbul edirlər. Xaricdə olduğu kimi hər hansı bir şirkət əməkdaşlıq etsə, razı olaram. Ancaq çoxsu xoşniyyətli olmur. Hamının sponsora ehtiyacı var. Bir şirkət gəlib deyə bilər ki, 1 milyon sənə yatırım edirəm, dünyada da tanıdıram.

Bu təkliflə bütün müğənnilər razılaşar. Arxasında başqa bir təmənna güdülməyən bütün təkliflərə açığıq. Bizdə sponsor deyəndə pis başa düşürlər. Artıq sponsoru sevgili kimi başa düşürlər. Sənin sponsorun varsa, deməli, sevgilin də var. Sponsor yoxdursa, sevgilin də yoxdur.

Bunu bir az mədəni şəkildə dilə gətiririk. Sponsor deməkdənsə, sevgili demək daha yaxşıdır. Bu, bir faktdır. Mənim sevgiliyə ehtiyacım yoxdur, öz ayağım üstündə durmağı bacarıram. Lazım olanda kiməsə də köməklik edərəm. Sevgili kimi deyil, bir insan kimi yardımımı edərəm”.

Həmçinin, A. Əlizadə ilk albomu barədə jurnalistlərə məlumat verib:

“Düşünürəm ki, yaradıcılığımda “Ulduzlar” mahnısı xeyli uğur gətirib. Bu səbəbdən albomun adını belə qoydum. 14 mahnıdan ibarət albomu Türkiyənin tanınmış şirkəti ərsəyə gətirib. Əlbəttə, biz bilirik ki, Azərbaycanda albom satışı ürəkaçan deyil.

Təkcə burada yox, dünyada da belə bir problem var. Bizdə isə daha qabarıqdır. Hər bir müğənninin albomu onun vizit kartıdır. Bu səbəbədən layihəmi etmək qərarına gəldim”.

Fotolar: Nuran Məmmədov