“Starbucks” da Rusiyadan gedir

starbucks-da-rusiyadan-gedir
Oxunma sayı: 2276

Amerikanın “Starbucks” şirkəti Rusiyada fəaliyyətini dayandırır.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Qeyd olunur ki, şirkətin Rusiyada 130 kafesinin fəaliyyətinə son qoyulur. 

“Starbucks”, həmçinin Rusiyaya xammal göndərilməsini də dayandırır.

Bildirilir ki, şirkət sözügedən qərarı Ukraynada baş verən hadisələrə görə qəbul edib.