Son zamanlar pandemiya ilə əlaqədar onlayn alış veriş saytlarından sifarişlər üstünlük təşkil edir. Xarici saytlara marağın artdığı bu dövrdə əhalimizin ən çox üstünlük verdiyi məhsullar Türkiyə saytlarındandır. Hazırda Türkiyədən sifarişlər daha sərfəli və endirimlidir. İnsanlar rahatlıqla evlərindən istədikləri saytlara daxil olaraq sifarişlərini edə bilirlər. Bu sifarişlər üçün müxtəlif karqo şirkətlərinin xidmətindən istifadə edilir. Lakin ölkə xaricindən edilən sifarişlərdə müştərilərin tez-tez rastlaşdığı problem məhsulların yanlış, qırıq, istifadəyə yararsız göndərilməsindədir.
Karqo şirkətləri isə satıcı firma olmadıqları üçün bu kimi problemlərdə hər hansı bir köməklik göstərə bilmir. Ölkəmizdə fəaliyyət göstərən karqo şirkətlərindən biri olan “Starex” şirkəti isə bu problem üçün müştərilərə çox yaxşı həll yolu yaradıb. Starex ötən həftə elan etdiyi “sığortalı sifariş” xidməti ilə bütün müştərilərinə heç bir əlavə ödəniş olmadan ödənişsiz sığorta xidməti verdiyini elan edib. Ödənişsiz sığorta imkanı Starex-in “Həvalə et” xidməti ilə olan Türkiyədən edilən bütün sifarişlərə şamil olunur. Bu xidmət hazırda yalnız Starex karqo şirkəti tərəfindən təklif olunur.
Müştərilərin sifarişləri yanlış göndərilibsə, ölçüsü, rəngi səhvdirsə qırıq, istifadəyə yararsızdırsa, əskik göndərilibsə müştəriyə heç bir halda zərər dəymir. Müştəri həm çatdırılmaya, həm də sifarişə ödədiyi məbləği təmənnasız geri alır. Sözsüz ki, bu növ şərtlər də müştəriləri daha rahat alış-veriş etməyə sövq edir. Bu xidmətlə bağlı ətraflı məlumatı starex.az saytındakı “Türkiyədən sığortalı sifariş” xəbərindən ala bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər