“Qarabağdakı rusiyalı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verməyə hazırdır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin təminatıdır” adlı məqaləsində qeyd olunub.
O qeyd edib ki, ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitlik yaradır.