Sumqayıtda təhlükəsizlik tədbirləri davam etdirilir

sumqayitda-tehlukesizlik-tedbirleri-davam-etdirilir
Oxunma sayı: 1214

Hava şəraiti ilə əlaqədar Sumqayıt ŞPİ-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

"Qafqazinfo" xəbər verir ki, qarlı havada hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları səfərbər edilib. Nəqliyyatın hərəkəti Yol Patrul və Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Sumqayıt şəhərinin küçə və prospektlərinə yol patrul xidməti avtomobillərinin müşayəti ilə qum, duz səpilir.

Təhlükəsizlik tədbirləri davam edir.