Sumqayıtda usta 9-cu mərtəbədən yıxılıb öldü

sumqayitda-usta-9-cu-mertebeden-yixilib-oldu
Oxunma sayı: 2550

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində tikilməkdə olan çoxmərtəbəli binada baş verib. Həmin binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.