Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Sumqayıtda yaşayış binasında yanğın
Oxunma sayı: 960

Sumqayıtda yaşayış binasında yanğın olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb. 

Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. 

Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.