Suraxanıda məhəllədaxili yollar asfaltlanır - Foto

suraxanida-mehelledaxili-yollar-asfaltlanir
Oxunma sayı: 1457

Prezident  İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

Suraxanı rayonunda da aparılan abadlıq-quruculuq işləri geniş miqyas alıb, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri uğurla həyata keçirilir.

Sakinlərin də müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə mərhələli şəkildə bu işlər davam etdirilir.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaraçuxur qəsəbəsi Şərq yaşayış sahəsində əsas yolda 9100 kv.m asfalt örtüyünün vurulması işləri aparılır.