Suraxanıda növbəti küçə asfaltlandı - Foto

suraxanida-novbeti-kuce-asfaltlandi
Oxunma sayı: 1163

Aparılan geniş abadlıq-quruculuq işləri Bakı şəhəri və paytaxtətrafı qəsəbələrdə də davam etdirildiyi kimi Suraxanı rayonunda da həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu məqsədlə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 şəhid ailəsinin yaşadığı Hövsan qəsəbəsi, Südçülük sovxozu adlandırılan yaşayış sahəsində uzunluğu 1300 metr olan yolda 7800 kv.m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.