Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

Suraxanıda növbəti küçə asfaltlandı
Oxunma sayı: 904

Suraxanı rayonunda sakinləri narahat edən sosial problemlərin həlli və müasir infrastrukturun yaradılması istiqamətində tədbirlər ardıcıl olaraq uğurla davam etdirilir. 

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Bu məqsədlə qəsəbələrarası və məhəllədaxili küçələrdə təmir-tikinti işləri davam etdirilir.

Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçədə uzunluğu 1340 metr olan yolda 10 720 kv.m asfalt örtüyü salınır. Yenidənqurma işləri çərçivəsində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə küçə boyu 832 ədəd, 1 524 p/metr bordyur düzülərək piyada səkiləri tikilib və 2 250 kv.m asfalt örtüyü salınıb.

Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdiriləcək.