Suriya hökuməti istefa verməyə hazırdır

suriya-hokumeti-istefa-vermeye-hazirdir
Oxunma sayı: 2025

“Suriyanın devrilən Prezidenti Bəşər Əsədə tabe olan hökuməti lazım olan anda istefa verməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu həmin hökümətin Baş naziri Məhəmməd Qazi əl-Cəlali “Al-Arabia”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyada hakimiyyətə gələn müxalifətlə danışıqlar davam edir:

“Bizdən tələb olunan kimi səlahiyyətimizi verməyə hazırıq”.