Suriyada 2 türk hərbçisi həlak oldu, yaralılar var

suriyada-2-turk-herbcisi-helak-oldu-yaralilar-var
Oxunma sayı: 1428

Suriyanın İdlib bölgəsində Bəşər Əsəd rejimi qüvvələrinin hava hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin iki hərbçisi həyatını itirib, daha ikisi xəsarət alıb. “Qafqazinfo” bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.

Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri cavab atəşi ilə rejimin 114 əsgərini neytrallaşdırıb.

Müxtəlif mənbələrdən bildirilib ki, düşmənin üç tankı ələ keçirilib, zenit qurğusu, üç tank və nəqliyyat vasitələri məhv edilib.