Suriyadan türk mallarına şok qərar

Suriyadan türk mallarına şok qərar
Oxunma sayı: 220

İki ölkənin iqtisadi əməkdaşlığı getdikcə daha da sərt xarakter alır. Belə ki, artıq Suriyaya ixrac ediləcək türk mallarına 30% vergi tətbiq olunacaq. ANS PRESS-in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, artıq bu qərar təsdiq olunub. Bu barədə xəbəri Suriyanın SANA agentliyi də təsdiq edib. SANA yazıb ki, Suriya Xalq Məclisi Tükiyədən idxal edilən malların üzərinə 30 faiz həcmində vergi qoyulması qərarını təsdiqləyib.

Xəbərdə bildirilir ki, alınan həmin vergi inkişaf etməkdə olan kəndlərin tərəqqisinə sərf ediləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi