Sürücü sükanda yuxuladı, “Kamaz” marşrut avtobusuna çırpıldı - Anbaan görüntülər

surucu-sukanda-yuxuladi-kamaz-marsrut-avtobusuna-cirpildi
Oxunma sayı: 1653

Bu gün saat 07:30 radələrində Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində “Kamaz” markalı yük maşını qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, ağırtonnajlı yük maşını idarəetmədən çıxaraq dayanacaqda olan və 114 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılıb.

Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alıb.

114 saylı müntəzəm marşrut xətti üzrə xidmət göstərən “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, qəza yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib:

“Sürücü B.Yusibovun idarə etdiyi “Daewoo” markalı avtobus dayanacaqda olarkən yük maşını idarəetmədən çıxaraq qəza törədib. Nəticədə avtobusa xeyli zərər dəyib, həmçinin bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb və müvafiq araşdırmalar aparılır”.

***

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hadisəni əks etdirən kamera görüntülərini yayıb.