Şuşa istiqamətində qəzaya düşən hərbçimiz vəfat etdi

susa-istiqametinde-qezaya-dusen-herbcimiz-vefat-etdi
Oxunma sayı: 4398

Yanvarın 12-də Şuşa istiqamətində avtomobil qəzasına düşməsi nəticəsində xəsarət alan hərbçilərimizdən biri vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, söhbət 1998-ci il təvəllüdlü Məmmədov Kamil Şamil oğlundan gedir. O, bu gün müalicə olunduğu hospitalda dünyasını dəyişib.

Müdafiə Nazirliyindən faktı "Qafqazinfo"ya təsdiq ediblər.

Qeyd edək ki, sözügedən qəza zamanı MAXE Yaqubov Həsən Hüseyn oğlu həlak olmuşdu, iki hərbçimiz isə yaralanmışdı. Xəsarət alanlardan bu gün vəfat edən Kamil Məmmədov Xudat rayon sakini idi.