Sxadadze bu legioneri əsas komandadan qovdu

sxadadze-bu-legioneri-esas-komandadan-qovdu
Oxunma sayı: 1669

“Qəbələ”nin yeni baş məşqçisi Kaxaber Sxadadze komandanın israilli futbolçusu Gilad Abramovu əvəzedici heyətə göndərib.

Bu barədə “Qafqazinfo”ya klubun Mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı məlumat verib.

O bildirib ki, yarımmüdafiəçi qeyri-müəyyən vaxta qədər ikinci komandada oynayacaq.

Sxadadze G.Abramovu böyük ehtimalla zəif çıxışına görə ikinci komandaya göndərib.