Tacikistanda DİN-in idarəsinə hücum, ölü və yaralılar var

tacikistanda-din-in-idaresine-hucum-olu-ve-yaralilar-var
Oxunma sayı: 1228

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində ölkənin Daxili İşlər Nazirliyinin idarəsinə silahlı hücum olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Tacikistan DİN yayıb.

Hücum nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.

Nazirliyin məlumatına görə, insident yerli cinayətkar qruplaşma tərəfindən törədilib.

Xatırladaq ki, mayın 16-sı Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroq şəhərində mütəşəkkil cinayətkar dəstənin başçısı Mamadbokir Mamadbokirov və onun tərəfdarları şəhərdə qanunsuz mitinq təşkil edib.