“Taliban” Əfqanıstana ali təhsil naziri təyin etdi

taliban-efqanistana-ali-tehsil-naziri-teyin-etdi
Oxunma sayı: 5513

Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı Əbdül Baki Həkkanini müvəqqəti olaraq ölkənin ali təhsil naziri vəzifəsinə təyin edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə radikalların Tvitter səhifəsində bəyan edilib.

Qeyd edək ki, Həkkani 1996-2001-ci illərdə Host və paktika əyalətlərinin qubernatoru, o cümlədən informasiya və mədəniyyət nazirinin müavini olub.