Tarkandan Azərbaycana dəstək paylaşımı

tarkandan-azerbaycana-destek-paylasimi
Oxunma sayı: 8218

Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan Azərbaycana dəstəyini ifadə edib.

“Qafqazinfo” xəbər verir ki, pop ulduz 5 milyona yaxın izləyicisi olan instaqram səhifəsində Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı foto paylaşıb.

Tarkan bunları yazıb:

“Dualarım qardaş ölkə Azərbaycanla. Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm. Qəlbim Azərbaycan xalqı ilə”.

Azərbaycanlı izləyicilər, tanınmış yerli şou-biznes ulduzları sənətçiyə dəstək üçün təşəkkür rəyi yazıblar.