Tbilisidə parlament binası qarşısında Gürcüstan müxalifətinin oktyabrın 26-da keçirilmiş seçkinin nəticələrinə etiraz aksiyası keçirilir.
“Qafqazinfo” xəbər verir ki, şəhər sakinləri Gürcüstan, Avropa İttifaqı və Ukrayna bayraqları ilə etiraz edirlər.
Gürcüstan Prezidenti Salome Zaurabişvili də aksiyada iştirak edərək çıxış nitqi söyləyib. Ölkə Prezidenti dövlət bayrağına and içərək mübarizəsini davam etdirəcəyini xalqa bəyan edib.
Qeyd edək ki, bu mitinqin təşəbbüskarlarından olan Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının 53,93 faiz səs qazandığı seçkilərin nəticələrini tanımayıb.
***
Tbilisidə seçkilərin nəticələrinə qarşı keçirilən etiraz aksiyası artıq başa çatıb.
Parlament binasının yerləşdiyi “Liberty” küçəsində nəqliyyatın hərəkəti bərpa olunub.