Tbilisidə ictimai nəqliyyatda ər arvadının boğazını kəsdi

tbiliside-ictimai-neqliyyatda-er-arvadinin-bogazini-kesdi
Oxunma sayı: 3892

Tbilisidə ictimai nəqliyyatda dəhşətli qətl törədilib.

“Qafqazinfo” gürcü mediasına istinadən xəbər verir ki, avtobusda kişi arvadının boğazını kəsərək onu qətlə yetirib. 

Cütlük uşaqlarla avtobusda gedərkən aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi bıçağı çıxararaq arvadının boğazını kəsib, qadın yerindəcə keçinib.

Hadisəni törədən şəxs dərhal saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.